Ştaynmayer: Ramazan ölkəmizin dini həyatının bir hissəsinə çevrilib

20.03.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer yayımladığı mesajda ölkədəki müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib. 

"Cebheinfo.az" xəbər verir ki, alman, ingilis, ərəb və türk dillərində paylaşılan yazılı mesajda Ştaynmayer bayramın beynəlxalq böhranlarla bağlı narahatlıqların hiss olunduğu bir dövrə təsadüf etdiyini qeyd edib. Prezident "Ramazan Almaniyada da qeyd olunan bir bayrama  və ölkəmizin dini həyatının bir hissəsinə çevrilib",- deyib. 

O qeyd edib ki, bu il də bir çox məscid icması və ailələr qonşularını bayram şənliklərinə dəvət edəcəklər: 

"Bu, bir çox insanın İslam dininin ənənələrini və adətlərini daha asan tanımasını təmin edən və müxtəlif dinlər və sosial qruplar arasında həmrəyliyi gücləndirən çox səxavətli bir jestdir. Qonaqpərvərliyinizə və açıqlığınıza görə təşəkkür edirəm!" 

Ştaynmayer Ramazan ayında ehtiyacı olanlara kömək etməyin dinin bir hissəsi olduğunu qeyd edərək deyib: "Bu, bütün icma üçün bir hədiyyədir və biz onun dəyərini heç vaxt kifayət qədər qiymətləndirə bilmərik". 

Nigar 
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью