Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender aprelin 2-də Bakıda səfərdə olublar.
Səfər çərçivəsində Ştaynmayer xanımı ilə Bakıda bir sıra rəsmi və qeyri-rəsmi tədbirlərdə iştirak edib, İçərişəhəri gəzib, Heydər Əliyev Mərkəzində təşkil olunmuş konserti izləyiblər.
Axar.az Modern.az-a istinadən ölkəmizdən xoş təəssüratla gedən alman prezident və onun xanımı ilə bağlı maraqlı bir məlumatı təqdim edir: Belə ki, dövlət başçısı Frank-Valter Ştaynmayer öz böyrəyinin birini xanımı Elke Büdenbenderə verib.
69 yaşlı prezidentlə 63 yaşlı birinci xanımın 1996-cı il təvəllüdlü Merit adlı bir qızı var.
Ştaynmayer ailəsi ilə birlikdə Berlinin ən prestijli ərazilərindən biri olan Zehlendorfda yaşayır.
Birinci xanım Elke Büdenbender 2010-cu ildə böyrək transplantasiyası əməliyyatı keçirib. Donor onun əri olub.
Həmin dönəmdə böyrəyinin birini xanımına bağışlayan Frank-Valter Ştaynmayer müvəqqəti olaraq siyasi arenanı tərk etmək məcburiyyətində də qalıb.