Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir. “Zirə”nin müdafiəçisi Stefan Aka apasport.az saytına müsahibə verib.
- “Zirə” “Neftçi” ilə oyunda məğlub oldu. Matçın son dəqiqələri dramatik keçdi. Səncə, niyə birdən-birə bu qədər dramatik oldu?
- Düzünü desəm, bilmirəm. Bəli, oyun dramatik alındı. Ancaq fikrimcə, “Neftçi” ilə görüşdə bəxtimiz gətirmədi. Şanssızlıq yaşadıq.
- Komanda qol vurduqdan sonra niyə bərabərliyi qoruya bilmədi? - Bayaq dediyim kimi, bu görüşdə bəxtimiz gətirmədi.
Futbolda baş verə biləcək hadisələrdir. Amma bu da növbəti görüşlərimiz üçün bizə dərs olacaq. - Səncə, matçın ədalətli nəticəsi 1:2 idi?
- Düşünürəm ki, bərabər səviyyədə keçən oyun idi. Hər halda, 1:1 daha yaxşı olardı. Oyunun necə keçdiyini düşünəndə bu fikrə gəlmək olar.
Qarşıdakı matça köklənmişik. - “Zirə” bu mövsüm ikinci dəfədir ki, “Neftçi”yə uduzur. Bunu nə ilə əlaqələndirirsiniz?
“Neftçi”nin vəziyyəti yaxşı deyil. Amma siz onlara uduzursunuz...