sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Haiti millisinin baş məşqçisi Stefan Minye Azərbaycana qalib gəldikləri yoldaşlıq oyunundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırdı.
Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi... - Komandamın oyunundan razı qaldım.
Çətin oyun olacağını gözləyirdik. Ardıcıl 9-cu qələbəni qazandıq. Bu, tarixdə ilkdir. Həm də Avropada birinci qələbəni əldə etdik.
Yaxşı komandaya qarşı oynadıq. 3:0 və qələbə. - Azərbaycan yığmasında Avropa komandasına xas hansı xüsusiyyətlər gördünüz?
- Atmosfer fərqli idi. Stadionu da qeyd etmək istərdim. Bu atmosferdə komandamın necə oynayacağını gözləyirdim.
Oyunçular gözləntilərimi qarşıladı. - Uzaq Haitidən gəlmisiniz. Başqa rəqib tapmamışdız oynamağa? - FIFA pəncərəsi ilə bağlıdır.
KONKAKAF turnirinə vəsiqə qazanmışıq. 5 komanda ilə oynamaq şansımız var idi. İsveçrə, Azərbaycan, İrlandiya və daha 2 rəqib.