Stefanik ABŞ ın ÜST dən çıxmasını dəstəklədi

22.01.2025

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd Elise Stefanik Donald Trampın ölkəni Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxarmaq qərarını dəstəklədiyini bildirib.

"Ölkə.az" xəbər verir ki, o, bunu Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib.

“Prezident Trampın qərarını dəstəkləyirəm... ÜST qlobal səhnədə COVID pandemiyasına qarşı mübarizədə uğursuzluğa düçar oldu", - o bildirib.

O, eyni zamanda, ABŞ-nin səhiyyə sahəsində dünya lideri kimi statusunu qoruyub saxlayacağına əminliyini ifadə edib.

Xatırladaq ki, 2025-ci il yanvarın 20-də Tramp ABŞ Prezidenti kimi səlahiyyətlərinin icrasına başladıqdan sonra ölkənin ÜST-dən çıxması haqqında fərman imzalayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью