Stefen Karrinin zədəsinı aydınlıq gəlib

07.05.2025

Icma.az, Idman.biz saytına istinadən bildirir.

"Qolden Steyt Uorriorz"in ulduz basketbolçusu Stefen Karrinin vəziyyətinə aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, o, pley-offun ikinci mərhələsinin ilk oyununda zədələnib.

Karrinin "Minnesota Timbervulvz"la mayın 9-da keçiriləcək ikinci qarşılaşmada meydana çıxmayacağı bildirilib. Ona əzələ gərilməsi diaqnozu qoyulub. 37 yaşlı basketbolçunun nə vaxt meydana dönəcəyi məlum deyil.

Qeyd edək ki, Karri "Qolden Steyt Uorriorz"un səfərdə 99:88 hesablı qələbə ilə başa çatan oyunun ikinci dövrəsində zədə üzündən vaxtında əvvəl görüşü dayandırmalı olub.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью