Ştegenə Ayaks dan maraq var

03.06.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ştegenə "Ayaks"dan maraq var

"Barselona" klubunun almaniyalı qapıçısı Mark-Andre ter Ştegen karyerasını Niderland çempionatında davam etdirə bilər.

QOL.az xəbər verir ki, İspaniyanın "Sport.es" nəşrinin yaydığı məlumata görə, təcrübəli qolkiper Amsterdamın "Ayaks" klubunun transfer siyahısında yer alıb. Bildirilir ki, Niderland təmsilçisinin rəhbərliyi futbolçunun zəngin təcrübəsini, liderlik keyfiyyətlərini və hücumları qısa paslarla başlamaq bacarığını yüksək qiymətləndirir. 

Məlumata görə, "Ayaks"ın yeni baş məşqçisi Miçel futbolçu ilə yenidən birgə çalışmağa maraqlıdır. Xatırladaq ki, onlar daha əvvəl “Jirona”da birlikdə fəaliyyət göstəriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью