Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Atıcılıq Federasiyası (AAF), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən stend atıcılığı üzrə ölkə kubokuna yekun vurulub.
AAF-dan AZƏRTAC-a bildirilib ki, Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarış ölkənin ən güclü stend atıcılarını bir araya gətirib.
Beş gün davam edən turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən idmançılar stend atıcılığının səngər və dairəvi stend növləri üzrə böyüklər və U-21 yaş kateqoriyalarında qüvvələrini sınayıblar.
Səngər stendi – Ümumi kateqoriya
1. Ramil Rüstəmzadə
2. Mürtəza Novruzlu
3. Tamerlan Məmmədov
Dairəvi stend – Ümumi kateqoriya
1. Riqina Meftahətdinova
2. Niyaz Ağazadə
3. Fuad Qurbanov
Səngər stendi – U-21
1. Mürtəza Novruzlu
2. Cəlal Məmmədov
3. Nərmin Cəfərova
Dairəvi stend – U-21
1. Məhəmməd Teyublu
2. İslam Əjdərov
3. Aslan Qurbanov