Stenli Kubokunun dördqat qalibi olan daha bir hokkeyçi vəfat edib

20.01.2025

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hokkey üzrə Stenli Kubokunun dördqat qalibi olan Marsel Bonin vəfat edib.

"Report" xəbər verir ki, bu barədə Milli Hokkey Liqasının (NHL) mətbuat xidməti məlumat yayıb.

O, 93 yaşında vəfat edib.

Qeyd edək ki, Marsel Bonin 1952-1962-cı illərdə "Detroyt", "Boston" və "Monreal"ın formasını geyinib. Oyunçu 1955-ci ildə "Detroyt"la, 1958, 1959 və 1960-cı illərdə isə "Monreal"la Stenli Kubokunun qalibi olub.

Qeyd edək ki, daha əvvəl Stenli Kubokunun dördqat qalibi El Maknil həyatını itirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью