Stenli Kubokunun dördqat qalibi vəfat edib

07.01.2025

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hokkey üzrə Stenli Kubokunun dördqat qalibi El Maknil vəfat edib.

"Report" xəbər verir ki, bu barədə onun 22 il məşqçi və menecer kimi çalışdığı "Kalqari Fleymz" klubunun mətbuat xidməti məlumat yayıb.

Keçmiş oyunçu 89 yaşında vəfat edib.

Qeyd edək ki, El Maknil ABŞ-nin Milli Hokkey Liqasında (NHL) 524 oyun keçirib. O, "Monreal Kanadiens"də oyunçu və baş məşqçi kimi üç, "Kalqari Fleymz"də məşqçi kimi bir dəfə Stenli Kubokunun qalibi olub.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью