Sterlinq “Çelsi”yə qayıdacaq

01.06.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

İngiltərə millisinin üzvü Rahim Sterlinq yayda “Çelsi”yə qayıdacaq.

Apasport.az xəbər verir ki, hazırda icarə əsasında Londonun digər təmsilçisi “Arsenal”da çıxış edən futbolçu komandadan ayrılacaq.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Mənbənin məlumatına görə, “topçular” 30 yaşlı vingerin müqaviləsində yer alan sərbəstqalma məbləğini ödəmək niyyətində deyil.

Qeyd edək ki, Sterlinq bu mövsüm "Arsenal"ın heyətində çıxış etdiyi 28 rəsmi matçda 1 qol, 5 assistlə yadda qalıb.

“Liverpul” Portuqaliya millisinin üzvü ilə maraqlanır “Ayaks”ın yeni baş məşqçisi müəyyənləşib - RƏSMİ De Bruyne addım-addım "Napoli"yə "Mançester Yunayted" "Çelsi"nin hücumçusu ilə maraqlanır "Liverpul" "Bayer"ə 35 milyon avro ödəyəcək
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью