Sterlinq ittihamları qəbul etdi

15.09.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İngiltərə Premyer Liqasının 4 qat çempionu, İngiltərə millisinin keçmiş hücumçusu Rahim Sterlinq ötən ay törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı irəli sürülən bütün maddələr üzrə günahını etiraf edib.

Futbolpress.az xəbər verir ki, 31 yaşlı futbolçu təhlükəli sürücülük, azot oksidinin saxlanılması və həbs edildikdən sonra analiz verməkdən imtina ittihamları ilə Beysinqstok Maqistrat Məhkəməsi qarşısına çıxıb. 28 may 2026-cı ildə Hempşir qraflığında M3 magistral yolunun cənub zolağında baş verən insidentdə Sterlinq idarə etdiyi “Lamborghini” markalı avtomobili qəzaya uğratmışdı. Hadisə zamanı başqa nəqliyyat vasitəsi zədələnməyib və xəsarət alan olmayıb.

İngiltərəli hücumçu barəsində çıxarılacaq məhkəmə hökmü daha sonra elan olunacaq.

Sterlinq bu ilin yayında “Feyenoord”dan ayrıldıqdan sonra azad agent statusu daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью