Steve Bannon: Netanyahu Trampı İrana hücuma məcbur etməyə çalışıb

18.04.2025

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın müşaviri və onun yaxın adamlarından biri olan Stiv Bannon baş nazir Benyamin Netanyahunu tənqid edib.

Bizimyol.info İsrail mətbuatına istinadən xəbər verir ki, Bannon "WarRoom" podkastında İsrailin baş nazirinin ABŞ prezidentini İrana hücum etməyə "məcbur etməyə" çalışdığını iddia edib.

Bannon Trampın İsraili belə bir hücumdan saxladığı barədə "New York Times" xəbərinə istinad edərək qeyd edib ki, “Netanyahu bura iki dəfə girib”. Bannon deyib: “Onlar dedilər ki, Netanyahu növbəti dəfə geri qayıdaraq amerikalılara bildirib ki,“Bizim döyüş planlarımız hazırdır və onların hava hücumundan müdafiə sistemlərini bombalamışıq, döyüşmək lazımdır”.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью