Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tanınmış stilist Anar Ağakişiyev Türkiyənin məşhur sənətçisi Bülent Ersoyla bağlı paylaşımı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, stilist türk musiqisinin divası ilə təyyarədə birlikdə olduğu anları izləyiciləri ilə bölüşüb. Kadrlarda onların səmimi davranışları və yumor dolu anları maraq doğurub.
Paylaşım qısa zamanda sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. İzləyicilər Anar Ağakişiyev və Bülent Ersoyun əyləncəli görüntülərinə maraq göstəriblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)