Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Məşhur ingilis rok musiqiçisi, “The Police” qrupunun keçmiş rəhbəri və “Ən yaxşı mahnı” nominasiyasında dörd dəfə “Oskar” mükafatına namizəd olan sənətçi Stinq tezliklə səhnəyə qayıda bilər.
Xatırladaq ki, Stinq boğaz infeksiyası səbəbindən ictimaiyyət qarşısında çıxış etməyə bir müddət ara vermişdi.
Bu barədə yanvarın 22-də axşam musiqiçinin İnstaqram səhifəsində məlumat verilib.Sfera.az bildirir ki, Stinq xəstəlikdən sonra tezliklə səhnəyə qayıdacağını deyib.
Müğənni daha əvvəl oxumağa mane olan boğaz infeksiyası səbəbindən həkim məsləhəti ilə bir sıra konsertlərini təxirə salıb və yanvarın 30-da keçiriləcək “FireAid” xeyriyyə şousunda çıxış etməyə bilər.
Qeyd edək ki, yanvarın 23-də müğənni Kaliforniyada “Bass” jurnalının mükafatlandırma mərasimində çıxış etməli idi.
Orada sənətçi həm də ömürlük uğurlarına görə mükafatlandırılmalı idi.
Lakin hazırda səhhəti onun səhnəyə çıxmasına mane olduğundan tədbir onun iştirakı olmadan baş tutacaq.