Stiv Cobsun uğurunda MKİ nin payı olub ŞOK İDDİA

21.08.2026

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) 1980-ci illərdə Stiv Cobsun şirkəti NeXT-dən 20 min kompüter alması onun biznesinin inkişafında mühüm rol oynayıb.

BAKU.WS xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri yazıb.

Məlumata görə, Cobs 1985-ci ildə Apple-dan ayrıldıqdan sonra NeXT şirkətini yaradıb. Lakin bahalı kompüterlərə tələbat gözlənilən səviyyədə olmayıb. Elə həmin il MKİ NeXT-dən böyük həcmdə kompüter sifariş edib.

Sifarişin qısa müddətdə hazırlanması üçün ABŞ-nin digər texnologiya şirkətlərindən mütəxəssislər cəlb olunub və istehsal gücü artırılıb. NeXT kompüterlərinin ABŞ-nin kəşfiyyat strukturlarının ehtiyacları üçün istifadə edildiyi, daha sonra isə bəzi texniki komponentlərlə təkmilləşdirildiyi bildirilir.

Bu böyük müqavilənin NeXT-in ayaqda qalmasına və inkişafına ciddi töhfə verdiyi qeyd olunur. Sonradan şirkətin texnologiyaları Apple-a inteqrasiya edilib, NeXT-in əməliyyat sistemi isə Apple kompüterlərinin gələcək proqram təminatının əsasını təşkil edib.

Beləliklə, Cobsun Apple-a qayıdaraq şirkətə yenidən rəhbərlik etməsinə aparan yolda MKİ ilə bağlanan bu müqavilənin də mühüm rol oynadığı iddia edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью