Stiv Solvet: Barselona ya məğlub olsaq, sağollaşıb gedəcəyəm

25.11.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

"Sabah"ın müdafiəçisi Stiv Solvet "Barselona" ilə oyundan sonra rəqib futbolçulardan forma almaq istəmədiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, fransalı futbolçu bu barədə "L"Équipe" nəşrinə açıqlamasında danışıb.

30 yaşlı müdafiəçi məğlubiyyətlə barışmağın onun üçün çətin olduğunu vurğulayıb:

"Belə şeylərə çox həvəsim yoxdur. Məğlub olsam, qətiyyən forma istəməyəcəyəm. Azarkeşlərlə sağollaşıb gedəcəyəm. Məğlubiyyətlə barışa bilməyən adamam".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda "Sabah" - "Barselona" oyunu bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma saat 21:45-də başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью