Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Konqresin Senatının Xarici Əlaqələr Komitəsinin üzvləri qarşısında Ukraynadakı vəziyyətlə bağlı qapalı brifinqdə çıxış edəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə komitənin rəsmi saytında dərc olunan iclas cədvəlində bildirilib.
Brifinq dekabrın 1-də Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək. Stiv Uitkoff tədbirdə yeganə məruzəçi kimi göstərilib.
Bildirişə əsasən, iclas zamanı məxfilik rejimi tələb edən məsələlər müzakirə olunacaq.
Brifinqin digər təfərrüatları açıqlanmayıb.