Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

08.08.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Vaşinqton, 8 avqust, AZƏRTAC

Bir il əvvəl bu gün ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistanı 35 illik qəddar münaqişəyə son qoyan tarixi bir sülh müqaviləsi imzalamaq üçün bir araya gətirdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff X sosial media hesabında yazıb.

“Prezidentin liderliyi sayəsində Cənubi Qafqaz daha təhlükəsiz, daha firavan və daha sabitdir və bu böyük ölkələrin gələcəyi parlaqdır. Bu tarixi administrasiyanın bir hissəsi olmaqdan şərəf duyuram”, - deyə o qeyd edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью