Stiv Uitkoffdan Tramp administrasiyasından ayrılacağı iddialarına reaksiya

15.10.2025

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Tramp administrasiyasını tərk edəcəyi ilə bağlı iddialara reaksiya verib.

Metbuat.az xəbər verir ki, o iddiaları təkzib edib. Stiv Uitkoff sosial mediada, “Bu 100% saxta xəbərdir və dərhal geri götürülməlidir. Mən tez-tez düşünürəm ki, bu qondarma "müxbirlər" belə gülünc cəfəngiyatı haradan çıxarırlar. Mən sülh prosesi ilə əvvəlkindən daha çox məşğulam və ABŞ prezidentinə fəxrlə xidmət etməyə davam edirəm!", - deyə yazıb.

Qeyd edək ki, Stiv Uitkoffun İsrail və HƏMAS arasında atəşkəsdən sonra diqqətini öz işinə yönəltmək üçün hazırkı administrasiyanı tərk etməyi planlaşdırdığına dair xəbərlər dərc edilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью