Stiven Cerard 44 yaşında baba olur

06.01.2025

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İngiltərə millisinin və "Liverpul"un sabiq futbolçusu, hazırda "Əl-İttifaq"a baş məşqçilik edən Stiven Cerardın ailəsi sevincli günlər yaşayır. 

QOL.az xəbər verir ki, 44 yaşlı keçmiş yarımmüdafiəçi baba olacaq. Onun böyük qızı - 20 yaşlı Lilli-Elanın övladı dünyaya gələcək. Bu barədə Lilli-Ela öz sosial şəbəkə hesablarında paylaşım edib. 

Cerrard isə qızının paylaşımına "Səbirsizlənirik. Bu, möhtəşəm bir xəbərdir. Təbriklər. Sizi sevirik" şərhini yazıb.

Qeyd edək ki, Cerardın Lilli-Ela ilə yanaşı, Lio adlı oğlu və Leksi adlı qızı da var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью