Stiven Cerrard II Liqa klubunun baş məşqçisi ola bilər

05.02.2025

Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Səudiyyə Ərəbistanının “Əl-İttifaq” komandasının sabiq baş məşqçisi Stiven Cerrard karyerasını İngiltərədə davam etdirə bilər.

Teleqraf.com "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, İngiltərənin səviyyəcə dördüncü sayılan II Liqasından "Karlayl Yunayted" 44 yaşlı mütəxəssisi kluba dəvət etmək istəyir.

Turnir cədvəlinin sonuncusu olan komanda daha əvvəl Mayk Uilyamsonla yollarını ayırıb. Karlayl təmsilçisinin amerikalı sahibləri Cerrardın dəvət olunması variantını ciddi şəkildə nəzərdən keçirirlər.

Qeyd edək ki, Stiven Cerrard məşqçi karyerasına 2017-ci ildə başlayıb. O, "Əl-İttifaq"dan başqa, "Liverpul"un U-19, "Aston Villa" və Şotlandiyanın "Reyncers" klublarının da baş məşqçisi olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью