Stiven Cerrard sabiq klubuna qayıda bilər

10.05.2025

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Əl-İttifaq"ın sabiq baş məşqçisi Stiven Cerrard "Reyncers"ə qayıda bilər. Sport24.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Mənbənin sözləri görə, Şotlandiya klubu yanvarda Səudiyyə Ərəbistanını tərk edən 44 yaşlı ingilisi geri qaytarmaq variantını nəzərdən keçirir.

Reyncers həmçinin Qari O'Nil, Rob Edvards və Russell Martinin də namizdəliyini nəzərdən keçirir.

Qeyd edək ki, cari mövsümdə 66 xalı toplayan "Reyncers" turnir cədvəlində ikinci olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью