Stiven Eustakio DÇ 2026 da ilk pley off matçının ən yaxşısı seçildi

29.06.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Futbol üzrə Kanada millisinin yarımmüdafiəçisi Stiven Eustakio DÇ-2026-nın 1/16 final mərhələsində CAR-a qarşı keçirilən oyunun ən yaxşı futbolçusu seçilib.

İdman.Biz xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.

Kanada millisinin 1:0 hesabı ilə qalib gəldiyi görüşdə Eustakio həlledici qola imza atıb. O, 90+2-ci dəqiqədə fərqlənərək komandasını 1/8 finala daşıyıb.

Növbəti mərhələdə Kanada millisi Niderland - Mərakeş cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, hazırkı dünya çempionu Argentina millisidir. Komanda 2022-ci ildə finalda Fransa ilə əsas vaxtı 3:3 hesabı ilə başa vurub, penaltilər seriyasında 4:2 hesabı ilə qalib gəlib.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью