Stiven Kinq “X”ə qayıtdı

21.02.2025

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Amerikalı yazıçı Stiven Kinq “X” platformasına qayıdıb.
Yeniavaz.com
xəbər verir ki, müvafiq yazı onun hesabında paylaşılıb.
“Mən qayıtdım! Mənim üçün darıxmışdınız?”, - Kinq yazıb.
“Düzünü desəm, bəli”, - Mask Kinqın yazısına cavab verdi.
Həmçinin yazıçı Mask və ABŞ Prezidenti Donald Trampı “xəyanətdə” və Rusiya lideri Vladimir Putinə “sevgi”də ittiham etdiyi yazı dərc edib.
Qeyd edək ki, keçən noyabr ayında Kinq Maskı ABŞ prezidentinin “birinci xanımı” adlandırdığına dair şayiələrdən sonra “zəhərli” atmosferə görə “X”i tərk etdiyini açıqlamışdı:
“Twitter-dən (“X”-dən öncə) ayrılıram. Qalmağa çalışdım, amma atmosfer çox zəhərlidir. İstəyirsinizsə, “Threads”da məni izləyin”.
2016-cı ildə ilk seçki qələbəsindən xeyli əvvəl Trampın əleyhinə danışmağa başlayan yazıçı öz səhifəsində Mask haqqında iddia edilən şərhlər və iş adamının onu sosial şəbəkədən qovması ilə bağlı xəbərləri təkzib edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью