Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Amerikalı rejissor Mayk Flanaqan Stiven Kinqin məşhur əsəri olan "Duman" ("The Mist") romanını ekranlaşdıracaq.
Kulis.az xəbər verir ki, bu barədə rejissor tədbirlərin birində çıxışı zamanı açıqlama verib.
Flanaqan yeni ideyasını Stiven Kinqə təqdim etdiyini və yazıçının da bu layihəyə razılıq verdiyini vurğulayıb.
Xatırladaq ki, rejissor daha əvvəl "Doctor Sleep" (Yuxu həkimi), "Gerald's Game" (Ceraldın oyunu) və "The Life of Chuck" (Çakın həyatı) kimi filmlərlə Kinq əsərlərinin uğurlu adaptasiyalarını ərsəyə gətirib.
Qeyd edək ki, Mayk Flanaqanın Stiven Kinqin başqa bir məşhur əsəri əsasında çəkdiyi 4 seriyalıq "Carrie" (Kerri) serialı bu ilin oktyabrında "Prime Video" rəqəmsal platformasında tamaşaçılara təqdim olunacaq.
Bir-birinə qovuşa bilməyən aşiqlər - Kino tarixinin ən kədərli 10 sevgisi Böyük səhnədən ruhi xəstəxanaya - 39 yaşında səfalət içində ölən aktrisa haqqında Diddinin həbs müddəti yenidən azaldıldı - Azadlığa çıxacağı tarix məlum oldu