Stiven Kinqin romanı ekranlaşdırılır Treyler

28.07.2026

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məşhur amerikalı yazıçı Stiven Kinqin "Carrie" romanı əsasında çəkilən yeni serialdan ilk treyler təqdim olunub.

Kulis.az xəbər verir ki, "Prime Video" platforması üçün hazırlanan 8 seriyalıq layihənin ssenari müəllifi və rejissoru müasir qorxu janrının məşhur siması Maykl Flenaqandır.

Yeni uyğunlaşdırmada cəmiyyətdən təcrid olunmuş orta məktəb şagirdi Kerri Uaytın faciəvi və dəhşətli hekayəsi müasir baxışla təqdim olunur.

Ekran işində baş rolu Sammer H. Houell canlandırır, heyətdə həmçinin Samanta Sloyan və Metyu Lillard kimi məşhur aktyorlar yer alıb.

Qeyd edək ki, "Carrie" Stiven Kinqin dünya şöhrəti qazanmış kult romanlarından biridir və ilk dəfə 1976-cı ildə rejissor Brayan De Palma tərəfindən bədii film kimi ekranlaşdırılıb.

"Maykl" filmindən rekord Xəbər gözləyərkən - Yeni hekayə "Brüs Li Günü" elan olundu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью