Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11.12.2025

Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.

Məşhur aktyor, prodüser və rejissor Stiven Siqal gələcəkdə Amerika kinosunun daha obyektiv və real həyatla uyğunlaşacağına ümid etdiyini bildirib.

Doğru.az xəbər verir ki, o, bunu TASS-ın Novosibirskdəki mətbuat mərkəzində çıxışı zamanı deyib. Siqal qeyd edib ki, Hollivudda müəyyən stereotiplər formalaşıb və filmlərdə “pis adamların” tez-tez ruslar və ya ərəblər kimi təqdim olunması doğru deyil.

Aktyor bildirib ki, filmlərdə xalqların daha dürüst və obyektiv təsvirinə ehtiyac var. Onun sözlərinə görə, bir çox ölkələr Amerikanın çəkiliş üslubunu kopyalayır, bu isə Hollivuda daha böyük məsuliyyət yükləyir.

Siqal həmçinin Rusiyada çox istedadlı rejissorların fəaliyyət göstərdiyini və onlarla əməkdaşlıq etməyin vacibliyini vurğulayıb. O, ölkədə nəsil dəyişikliyinin baş verdiyini və yeni müstəqil kinorejissorların yetişməsi ilə rus kinosunun inkişafını davam etdirəcəyinə əmin olduğunu bildirib.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью