Stiven Siqal Hollivudu tənqid etdi

04.06.2026

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aktyor Stiven Siqal müasir Hollivud kinosunu həddindən artıq siyasiləşdiyinə görə tənqid edib.

Kulis.az xəbər verir ki, onun bu sözlərini "kp.ru" saytı yayıb.

Aktyor məsələ ilə bağlı bunları deyib:

"Hazırda Amerikada elə bir vəziyyət yaranıb ki, Hollivud mənim qətiyyən razılaşmadığım müxtəlif qrupların təsirinə düşüb. Xatırlayıram, bir dəfə mənə yuxarıdan belə bir xəbərdarlıq gəlmişdi ki, kinoda mütləq fərqli cinsi oriyentasiyaya malik insanlar olmalıdır".

Siqalın sözlərinə görə, süjet xəttinə LGBT icmasının nümayəndələrini daxil etmədən filmi böyük festivallara, o cümlədən "Oskar"a qəbul etmirlər. Aktyor etiraf edib ki, bütün filmlərə nəzarət edən bir mafiyanın əvəzinə, dünyanı təmsil edən insan qruplarının mövcud olduğu bir sistem arzulayır.

Sənətçi bu fikirlərini 2026-cı il Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF-2026) sessiyasında bölüşüb. Aktyor həmçinin incəsənətin Qərb ilə Rusiya arasında körpü ola biləcəyini vurğulayıb.

"Şərəfimə məşəl yürüşü keçirmək qərarına gəlmişdilər..."- Vaqnerin memuarından bir hissə "Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı haqqında nə yazırdı? 1100 sevgi məktubu yazsalar da, heç vaxt görüşmədilər – Çaykovskinin həyatındakı sirli qadın kim idi?
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью