Stiven Siqal Rusiyadakı lüks malikanəsini sata bilmir Fotolar

26.06.2026

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünyaca məşhur aktyor Stiven Siqal Moskva ətrafındakı lüks malikanəsini artıq yarım ildir ki, sata bilmir.

Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, aktyor evin qiymətini artıq 50 milyon rubl aşağı salıb. Siqal evi tez bir zamanda satmaq üçün bu endirimi hətta ikiqat artırmağa da razıdır.

Məşhur aktyor Rublyovkanın Konus qəsəbəsindəki 15 sotluq ərazini, orada yerləşən iki evlə (böyük malikanə və qonaq evi) birlikdə 650 milyon rubla (təxminən 14 milyon 826 min manat) təklif edir. Amerika klassikası üslubunda tikilmiş əsas malikanənin sahəsi 500 kvadratmetrdir. Evin daxilində dörd yataq otağı, şəxsi kinoteatr, 7 sanitar qovşağı və xüsusi şərab otağı var.

Malikanənin ərazisinə yaxın yerdə mühafizə olunan çimərliklər yerləşir. Bundan əlavə, həyətdəki qonaq evində hamam və sauna da quraşdırılıb.

Qeyd edək ki, 2016-cı ildə Rusiya vətəndaşlığı alan Stiven Siqal 2019-cu ildən bəri Moskva ətrafında yaşayır. Aktyor bu mülkü satmaqda məqsədinin yaşayış şəraitini daha da yaxşılaşdırmaq olduğunu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью