Stiven Vitkoff Rusiyaya yola düşüb

02.12.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff hazırda Rusiyaya səfər edir.
APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levit brifinq zamanı məlumat verib.
“Hazırda xüsusi nümayəndə Vitkoff Rusiyaya yollanır”, - Levit vurğulayıb.

Rusiya Prezidenti Vladimir Putin dekabrın 2-də Trampın xüsusi nümayəndəsi ilə görüşəcək. Danışıqların əsas mövzusu Ukrayna üzrə nizamlanma və ABŞ-ın bu istiqamətdə irəli sürdüyü təkliflər olacaq.

Kremlin mətbuat katibi Dmitri Peskovun bildirdiyinə görə, görüş günün ikinci yarısında keçiriləcək və görüşün yalnız ilk dəqiqələri mətbuat üçün açıq olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью