STM Avropada milli döyüş gəmilərini və pilotsuz dəniz sistemlərini nümayiş etdirir

03.11.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

STM (Müdafiə Texnologiyaları Mühəndisliyi və Ticarət A.Ş.) Avropada keçirilən EURONAVAL 2026 sərgisində milli döyüş gəmilərini və pilotsuz dəniz sistemlərini təqdim ediB.

Şirkətin açıqlamasına görə, Türkiyənin dənizlərdəki milli mühəndislik gücü olan STM, Fransanın paytaxtı Parisdə başlayan EURONAVAL 2026 sərgisində yeni nəsil dəniz texnologiyalarını nümayiş etdirir.

6 Noyabr tarixinə qədər davam edəcək sərgidə STM, pilotsuz muxtar sualtı nəqliyyat vasitəsi STM NETA və sürü ilə hərəkət edə bilən kamikaze pilotsuz dəniz nəqliyyat vasitəsi STM YAKTU-nu beynəlxalq dəniz qüvvələrinə nümayiş etdirir.

Şirkət həmçinin Portuqaliya Hərbi Dəniz Qüvvələri üçün inşa etdiyi Dəniz Təchizatı və Logistika Dəstək Gəmisi, İstif Sinifli Friqat, STM MPAC Hücum Qayığı və Türkiyənin xüsusi əməliyyatlar və hücum məqsədləri üçün ilk milli sualtı qayığı olan STM500 də daxil olmaqla, hərbi dənizçilik imkanlarını təqdim edir.

M.MİRZƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью