Stokholmda avtobusun dayanacağa çırpılması nəticəsində bir neçə nəfər ölüb

14.11.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Stokholmun mərkəzində avtobusun dayanacağa çırpılması nəticəsində bir neçə nəfər ölüb.

APA xəbər verir ki, bu barədə İsveçin “Aftonbladet” qəzeti məlumat yayıb.

Məlumatda bildirilib ki, polis hadisə nəticəsində ölənlərin olduğunu, bir neçə nəfərin də yaralandığını təsdiqləyib.

Qəzetin məlumatına görə, hadisə yerində çoxlu sayda polis, təcili yardım qrupları cəlb olunub.

Avtobus sürücüsü həbs olunub. Onun hərəkətləri başqalarının ölümünə səbəb olan kobud səhlənkarlıq hesab olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью