Stoltenberq bu dəfə maliyyə naziri oldu

04.02.2025

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


NATO-nun keçmiş baş katibi və Norveçin keçmiş baş naziri Yens Stoltenberq ölkənin yeni maliyyə naziri olub.
Yeniavaz.com
xəbər verir ki, Norveçin yeni kabinetinin tərkibini Norveçin baş naziri və Stoltenberqin keçmiş müttəfiqi Yonas Qar Styore məlumat verib.
Styore hakim koalisiyanın dağılmasından sonra kabinetində dəyişiklik etmək məcburiyyətində qalıb.
Belə ki, ötən həftə maliyyə naziri Tryuqve Vedumun rəhbərlik etdiyi Mərkəz Partiyası sosial demokratlarla əməkdaşlığa son verdiyini açıqlayıb.
Buna səbəb mərkəzçi avroskeptiklərin müttəfiqlərinin enerji siyasəti və Norveçin üzvü olmadığı Avropa İttifaqı ilə yaxınlaşma planları ilə razılaşmamaları olub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью