Stoltenberq: "Ukrayna həmin torpaqlardan imtina etməlidir”

02.12.2024

Bakupost saytına istinadən Icma.az xəbər verir.

“Regionda münaqişəyə son qoyulması üçün Ukraynanın müvəqqəti ərazi güzəştlərinə getməsi mümkündür”.

Bakupost.az xəbər verir ki, bunu Almaniyanın “table.media” internet resursuna müsahibəsində NATO-nun keçmiş Baş katibi Yens Stoltenberq deyib.

O əlavə edib ki, Rusiyanın nəzarət etdiyi əraziləri yaxın müddətdə azad edəcəyi real görünmür.

Y.Stoltenberqin sözlərinə görə, atəşkəsin əldə olunmasından sonra Ukraynanın təhlükəsizlik zəmanətinə ehtiyacı olacaq:

“Bu isə yalnız rəsmi Kiyevin nəzarət etdiyi ərazi hüdudları daxilində mümkündür. Əgər atəşkəsdən sonra da Rusiya həmin əraziləri nəzarətində saxlasa, bu o deməkdir ki, Ukrayna həmin torpaqlardan imtina etməlidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью