Stolüstü tennis üzrə ölkə kuboku yekunlaşıb

26.11.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeniyetmə və gənc stolüstü tennisçilərin Azərbaycan kubokuna yekun vurulub.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyası (ASTF) məlumat yayıb.

“Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən turnirdə U-14 və U-18 yaş qrupları üzrə qalib və mükafatçılar müəyyənləşib.

Qeyd edək ki, yarışda paytaxt Bakı ilə yanaşı, digər şəhər və rayonların 100-dən artıq idmançısı bacarığını göstərib.

U-18
Qızların qoşa yarışı

1. Mərziyyə Nurmətova - Aylin Əsgərova
2. Aynur Ağayeva - Şəbnəm Mansurova
3. Arzu Aslanova - Yağmur Məmmədli, Xədicə Eylazova - Aysu Ağayeva

Oğlanların qoşa yarışı
1. Adil Əhmədzadə - Rüstəm Hacılı
2. Onur Quluzadə - Tunar Bağırov
3. Ruslan Kərimov - Şakir Qədirov, Elşən Hüseynov - Uğur Nəzərli

Qarışıq qoşa yarışı
1. Onur Quluzadə - Yağmur Məmmədli
2. Rüstəm Hacılı - Aylin Əsgərova
3. Adil Əhmədzadə - Mərziyyə Nurmətova, Elşən Hüseynov - Şəbnəm Mansurova

Qızların şəxsi yarışı
1. Aylin Əsgərova
2. Mərziyyə Nurmətova
3. Yağmur Məmmədli, Şəbnəm Mansurova

Oğlanların şəxsi yarışı
1. Onur Quluzadə
2. Rüstəm Hacılı
3. Adil Əhmədzadə, Şakir Qədirov

U-14
Qızların komanda yarışı

1. Sumqayıt 1
2. Sumqayıt 2
3. Sumqayıt 3, 13 nömrəli İOEUGİM

Oğlanların komanda yarışı
1. Şabran
2. Sumqayıt 1
3. 13 nömrəli İOEUGİM, HAİKK

Qızların qoşa yarışı
1. Yasəmən Həbibova - Mehin Mirzəbalayeva
2. Xədicə Babazadə - Sofiya Trofimenko
3. Səidə Qulizadə - Aylin Şərifli, Mehri Aslanzadə - Banu İmanverdizadə

Oğlanların qoşa yarışı
1. Zərbah Muradov - Vaqif Babayev
2. Cəfər Almədədli - Saleh Hümbətov
3. Camal Kərim - Əliəkbər Mirzəliyev, Tunar Hüseynzadə - Həzrət Kamilov

Qarışıq qoşa yarışı
1. Vaqif Babayev - Xədicə Babazadə
2. Zərbah Muradov - Sofiya Trofimenko
3. Saleh Hümbətov - Banu İmanverdizadə, Əliəkbər Mirzəliyev - Mehin Mirzəbalayeva

Qızların şəxsi yarışı
1. Xədicə Babazadə
2. Mehin Mirzəbalayeva
3. Banu İmanverdizadə, Sofiya Trofimenko

Oğlanların şəxsi yarışı
1. Vaqif Babayev
2. Əliəkbər Mirzəliyev
3. Cəfər Almədədli, Zərbah Muradov

9 stolüstü tennisçimiz beynəlxalq turnirdə çıxış edəcək Azərbaycanın stolüstü tennisçiləri Polşada beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar “Azərbaycan stolüstü tennisinin uğurları təsadüfi deyil” Stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir Təmsilçilərimizdən 5 medal
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью