Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
Bu gün stolüstü tennis üzrə Respublika birinciliyində mübarizə başlanıb.
Apasport.az xəbər verir ki, “Süa İdman-Sağlamlıq Mərkəzi”ndə keçirilən yarışda 2013-cü il və daha aşağı təvəllüdlü idmançılar bacarıqlarını göstərirlər.
Budəfəki birinciliyə paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Şəki, Şabran, Şamaxı, Şirvan və Qobustandan ümumilikdə 100-dən artıq iştirakçı qatılıb. Onlar səxsi, qoşa və qarışıq qoşa növlərində mübarizə aparırlar.
Üç gün davam edəcək yarışın nəticələrinə əsasən fəxri kürsüyə qalxan idmançılar müvafiq yaş qrupları üzrə seçmə komandalara cəlb ediləcəklər.
Qeyd edək ki, Respublika birinciliyinə iyulun 3-də yekun vurulacaq.
Onur Quluzadə İsveç turnirində 3-cü olub Veteran tennisçilərin Azərbaycan çempionatı başa çatıb Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir Təmsilçimiz İsveçdə keçiriləcək beynəlxalq yarışda iştirak edəcək Stolüstü tennisçilər Avrasiya Liqasında liderliyə yüksəliblər