Stolüstü tennisçilər növbəti təlimməşq toplanışında İdman və Biz

18.11.2024

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

10 yaşadək stolüstü tennisçilər növbəti təlim-məşq toplanışına cəlb olunublar.

İdman.biz xəbər verir ki, uğurlu gələcək vəd edən istedadlı idmançılar bu dəfə Xaçmaz Olimpiya İdman Kompleksində bir araya gəliblər.

Onlar bu gündən noyabrın 24-dək məşqçilər Billurə Eminova, Qulu Quliyev və İsmayıl Mirzəyevin rəhbərliyi ilə hazırlıq prosesində iştirak edəcəklər. Təlim-məşq toplanışı stolüstü tennisçilərin bacarıqlarını təkmilləşdirmək və onlara peşəkar idmançı vərdişlərini aşılamaq məqsədi daşıyır.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью