Stolüstü tennisçimiz Avropa çempionatında ilkə imza atıb

19.07.2026

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Stolüstü tennisçi Onur Quluzadə yeniyetmələr arasında Avropa birinciliyində yüksək nəticəyə nail olub.

Apasport.az xəbər verir ki, Portuqaliyanın Qondomar şəhərində keçirilən yarışın qoşa növündə türkiyəli həmkarı Görkəm Öcalla birlikdə mübarizə aparan Onur, 1/4 finalda Çexiya idmançılarına qalib gələrək yarımfinala adlayıb.

Bununla ən azı üçüncü yeri təmin edən Onur, müstəqillik dövründə bu uğura imza atan ilk azərbaycanlı stolüstü tennisçi olub.

Onur Quluzadə - Görkəm Öcal cütü bu gün keçiriləcək 1/2 finalda Avstriya-İspaniya tandemini təşkil edəcək idmançılarla (Luis Fegerl-Ladimir Mayorov) qarşılaşacaq.

Parastolüstü tennisçilərimiz Çexiyada beynəlxalq turnirdə mübarizə aparacaq Onur Quluzadə Çində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək Stolüstü tennis üzrə Liqa turniri başa çatıb Onur Quluzadə İsveç turnirində 3-cü olub Veteran tennisçilərin Azərbaycan çempionatı başa çatıb
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью