STOMATİT: əmələ gəlmə səbəbləri və müalicəsi | Icma.az
Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir. Stomatit - ağız boşluğunun selikli qişasının iltihabıdır.
Bu xəstəliyə həm uşaqlarda, həm böyüklərdə çox tez-tez təsadüf edilir.
Stomatit zamanı ağız boşluğunun selikli qişasında kiçik ağrılı yaralar əmələ gəlir.
Stomatitin səbəbləri müxtəlif ola bilər: - Bakteriyalar stomatitin inkişafına səbəb olur.
Bu gigiyena qaydalarına riayət etməməsi, immun sistemini zəifləməsi, ağız boşluğu selikli qişasının travmaları (dişlədikdə, diş yuduqda və s.) zamanı mümkündür.
- Göbələk infeksiyası (uşaqlarda tez-tez təsadüf edilir). - Virus (əsasən herpes virusu).
- Allergiyalar (qidaya, diş pastasına qarşı) da stomatitin tez-tez inkişafına səbəb ola bilər.
- Bəzi xəstəliklər (leykemiya - qan xərçəngi, Bexçet sindromu və s.), B qrupu və C vitaminlərinin çatışmazlığı da stomatitin inkişafına səbəb ola bilər.
Tam oxu
Xəbəri oxu