Icma.az bildirir, Bakupost portalına istinadən.
Avtobusda “STOP” sözü “TOXTA” ilə əvəzləndi.
"Bakupost" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə avtobuslardan birində “STOP” sözünün Azərbaycan dilində “TOXTA” ifadəsi ilə əvəz olunduğu görünür. Görüntülər sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.
Qeyd edək ki, yol nişanları və lövhələrindəki “STOP” sözünün Azərbaycan dilində “DUR” və ya “TOXTA” ifadələri ilə əvəzlənməsi təklifini Milli Məclisin deputatı Hikmət Babaoğlu irəli sürmüşdü.
Deputatın sözlərinə görə, “STOP” Azərbaycan sözü deyil. “DUR” əmr formasında işlənir və hərəkətin davamlılığını ifadə etmir. Onun fikrincə, “TOXTA” sözü isə hərəkətin dayanması ilə yanaşı, müəyyən semantik çalar da daşıyır.
““Toxta” sözünü işlətsək, bu sözdə hərəkətin davamı ilə bağlı müəyyən semantik çalar da var. Yəni dayan, nəfəsini dər və sonra hərəkətinə davam et. Beləliklə, üç semantik məna bir sözdə cəmləşir. Bəlkə, yol hərəkətini tənzimləyən nişanlarda da bu sözlərdən isyifadə edək? Axı bu, bizim öz sözümüzdür”, – deyə deputat qeyd etmişdi.
Gülsüm,
Bakupost