futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Mançester Siti”nin futbolçusu Con Stounz Çempionlar Liqasında “Bayer”ə uduzduqları görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:2 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Bəhanə axtarmaq istəmirəm. Düzdür, heyətdə çoxlu dəyişiklik var idi və buna görə məğlub olduq demək asan olar. Lakin belə deyil. Heyətdə kifayət qədər keyfiyyətli oyunçularımız var və hamı rolunu bilir. Qələbə də, məğlubiyyət də komandanın adına yazılır.
Bu matçdan dərs çıxarmalı, səhvləri düzəltməliyik. Məğlubiyyətə görə məyusuq, amma indi bunu lehimizə çevirməli və vəziyyəti düzəltməliyik”.