“Strasbur” “Oser”i darmadağın etdi: Fransa Liqa 1 də altı qol vuruldu

01.11.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Fransanın “Strasbur” futbol komandası Liqa 1-in doqquzuncu turunda “Oser”i 5:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, doğma meydanda keçirilən qarşılaşmanın ilk hissəsində yalnız bir qol vurulub.

41-ci dəqiqədə Dario Essuqo hesabı açaraq “Strasbur”u fasiləyə üstün yollayıb.

İkinci hissədə meydan sahibləri üstünlüklərini artırıblar. 55-ci dəqiqədə Marsial Qodo fərqi iki topa çatdırıb. Yeddi dəqiqə sonra Konrad Harder üçüncü qolu vurub.

68-ci dəqiqədə Kemeron Arçer “Oser”in yeganə qoluna imza atıb - 3:1.

Qarşılaşmanın sonlarında isə Jessim Yassin dubl edib. O, 77-ci və 85-ci dəqiqələrdə fərqlənərək matçın yekun hesabını müəyyənləşdirib - 5:1.

Bu hesabla “Strasbur” xallarını 10-a çatdıraraq rəqib komandanı bir pillə qabaqlayıb və 12-ci pilləyə yüksəlib.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью