Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Qarabağ”ın futbolçusu Əli Bəşirov Fransanın “Strasburq” klubunda keçirdiyi iki həftəlik təcrübə proqramını başa vurub.
Futbolpress.az xəbər verir ki, 16 yaşlı oyunçu təcrübə müddətində klubun 17 yaşadək futbolçulardan ibarət komandası ilə birlikdə məşqlərdə və yoldaşlıq oyunlarında iştirak edib. O, həmçinin bir sıra fiziki və atletik testlərdən də keçib.
Don məşqini başa vuran futbolçu Azərbaycana qayıdır.
“Strasburq” klubunun məşqçi heyətinin Əli Bəşirovla bağlı ilkin təəssüratları müsbətdir.