Strategiya, yoxsa limit…

09.01.2025

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qış fasiləsinə görə yaranan durğunluqdanmı, ya nədənsə, legioner limitinin müzakirəsi həddən çox artıb. O həddə ki, artıq xaosdur.

Müsahibə, araşdırma, statistik icmal, ictimai sorğu, təhlil – mümkün bütün janrlarda limit hay-həşiri yaranıb.

TV, qəzet, sayt və sosmedia günü limit mövzusuyla açır və onunla qapadır.

Artıq “fikir toksikliyi” əmələ gəlib. O qədər çox və qarışıq, arqumentsiz çıxışlar olub ki, AFFA çətin bu mənzərədən yararlı nəsə hasil edə bilsin.

Biz də bu mövzunu diqqətdə saxlayanlardanıq. Limitin hazırkı durumda ləğvinin müsbət və mənfi tərəflərini göstərmişik.

İndi isə başqa rakursdan baxmağın əhəmiyyətinə toxunaq.

Limit mövzusu ilə paralel daha bir mövzu – Azərbaycan futbolunun yeni inkişaf strategiyasının hazırlanması sıx müzakirə olunur. Hansı ki, bütün detalların cəmləşməli olduğu, bir növ mündəricat…

Lakin niyəsə strategiya mövzusundan çox limit məsələsi müzakirə olunur.

Bəli, limit barədə qərar indidən bilinməlidir ki, klublar növbəti mövsüm üçün yeni formata uyğun hazırlıq görsün. Amma limit də digər fundamental mövzular kimi strategiyanın tərkib hissəsi olaraq müzakirə edilsə, daha faydalı olar.

Ümumiyyətlə, cari qayğı, hədəf, məqsəd yeni strategiya olmalıdır. Onun bütün komponentləri hərtərəfli müzakirə edilməli, yanlışlığa yol verilməməlidir. Zaman da çox deyil…

Elçin Cəlilov

Əsas xəbərlər, Ölkə futbolu Azərbaycan hakimləri Türkiyədə yoxlama matçı idarə etdilər

8 Yanvar 2025, 21:51

Əsas xəbərlər, Manşet, Ölkə futbolu “Legioner limitinin artırılması futbolumuza xəyanətdir”

27 Dekabr 2024, 14:29

Əsas xəbərlər, Ölkə futbolu Qəzaya uğrayanlardan biri də futbolçu olub

26 Dekabr 2024, 18:41

Əsas xəbərlər, Ölkə futbolu Premyer Liqa hakimləri Türkiyədə toplanış keçəcək

26 Dekabr 2024, 17:46

Əsas xəbərlər, Ölkə futbolu I Liqa klubları cəzalandı

26 Dekabr 2024, 13:21

Əsas xəbərlər, Ölkə futbolu “Turan Tovuz” cərimələndi

26 Dekabr 2024, 12:26

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью