Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Davos Dünya İqtisadi Forumunda Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə müasir beynəlxalq münasibətlər sisteminin mahiyyətinə, regionumuzda yaranmış yeni reallıqlara və Azərbaycanın bu mürəkkəb geosiyasi mühitdə tutduğu prinsipial mövqeyə aydın və dolğun baxışı təqdim edir.
Bu müsahibə bir daha göstərdi ki, dünya nizamı artıq klassik beynəlxalq hüquq mexanizmləri üzərində deyil, sadəcə güc amilinin dominantlığı üzərində formalaşır.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, beynəlxalq hüququn selektiv tətbiqi, ikili standartlar və geosiyasi maraqların hüquqi prinsipləri üstələməsi yeni dövrün əsas çağırışıdır.
Məhz belə bir şəraitdə Azərbaycanın seçdiyi yol – milli maraqlara əsaslanan, lakin beynəlxalq hüquq çərçivəsində həyata keçirilən müstəqil siyasət strateji baxımdan yeganə doğru seçimdir.
Azərbaycan son illərdə sübut etdi ki, dövlətin gücü yalnız hərbi və iqtisadi resurslarla deyil, həm də düzgün strateji baxış, siyasi iradə və prinsipiallıqla ölçülür.
Suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa tam uyğun şəkildə həyata keçirildi və bu, regionda yeni siyasi-hüquqi reallıq yaratdı.
Prezidentin müsahibədə qeyd etdiyi kimi, bu gün hər bir dövlət öz potensialına uyğun siyasət formalaşdırmalı, həm regional, həm də qlobal müstəvidə etibarlı tərəfdaşlıq münasibətləri qurmalıdır.