Strateji əhəmiyyət kəsb edən tərəfdaşlıq | Icma.az
Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Cənubi Qafqazın dəyişən geosiyasi mənzərəsində Azərbaycan ilə Gürcüstan arasında formalaşan möhkəm dostluq və strateji tərəfdaşlıq zəminində regionda sabitlik və inkişaf hökm sürür.
Tarixi, coğrafi və mədəni yaxınlıqla zənginləşən münasibətlər bu gün enerji təhlükəsizliyi, beynəlxalq ticarət, logistika və sülh təşəbbüsləri kimi qlobal əhəmiyyətli sahələrdə özünü büruzə verir.
Son dövrlərdə iki ölkə arasında rəsmi səviyyədə keçirilən görüşlərin intensivləşməsi, həmçinin Mixeil Kavelaşvilinin Gürcüstan prezidenti seçildikdən sonra ilk rəsmi səfərini məhz ölkəmizə etməsi qarşılıqlı əlaqələrin daha da möhkəmləndiyinin göstəricisidir.
SSRİ-nin dağılması ilə eyni dövrdə müstəqillik qazanan Azərbaycan və Gürcüstan 1992-ci ildən etibarən diplomatik əlaqələr quraraq birgə inkişaf yoluna qədəm qoydu.
Həmin dövrdən bu tərəflər qarşılıqlı dəstəyə əsaslanan siyasi münasibətlər formalaşdırıb, BMT, ATƏT, GUAM və QDİƏT daxil olmaqla bir çox regional təşkilatlarda birlikdə iştirak ediblər.
Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini açıq şəkildə dəstəkləyib, Azərbaycan da eyni prinsipial mövqeni rəsmi Tbilisi üçün nümayiş etdirib.
Dövlət başçıları səviyyəsində sıx təmaslar strateji münasibətlərin möhkəm təməl üzərində qurulduğunu sübut edir.
Tam oxu
Xəbəri oxu