Strateji əhəmiyyətli Kəlbəcər iqtisadi mərkəzə çevriləcək | Icma.az
Icma.az, Tribuna portalına istinadən məlumat yayır. 25 noyabr Kəlbəcər sakinləri üçün çox önəmli bir gündür.
Bu gün Kəlbəcər şəhərinin işğaldan azad olunmasının tarixidir. 2020-ci ilin noyabr ayında, 27 illik işğaldan sonra Kəlbəcər azad edilib.
Bu tarix, həm də Azərbaycanın gücünü və dövlət-xalq-ordu birliyini, xalqın əzmini nümayiş etdirən bir gündür.
Kəlbəcər, Azərbaycan xalqının tarixi və mədəni irsinin zəngin olduğu bir bölgədir.
Dağlarla əhatə olunmuş və gözəl təbiəti ilə tanınan bir yer olub, çox sayda tarixi abidələrə, məscidlərə və təbiət mənzərəsinə, təbii sərvətlərə sahibdir.
Kəlbəcərin yerləşdiyi ərazi həm də Azərbaycanın strateji əhəmiyyətə malik bölgələrindən biridir.
Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcərin ərazisinin çox hissəsi meşəlikdir.
Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir.
Tam oxu
Xəbəri oxu