Strateji əməkdaşlıq Azərbaycan ilə Gürcüstan üçün həmişə prioritet olub RƏY | Icma.az
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Strateji əməkdaşlıq, mehriban qonşuluq və dostluq münasibətləri Azərbaycan ilə Gürcüstan üçün həmişə prioritet olub.
Bunu “Report”a Milli Məclisin deputat Səbinə Salmanova deyib.
O qeyd edib ki, Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra Baş nazir İrakli Kobaxidzenin yanvarın 17-də Azərbaycana səfərinin xüsusi əhəmiyyəti var: “Bu, Gürcüstan-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasının növbəti göstəricisidir.
İrakli Kobaxidzenin Bakıya işgüzar səfəri ikitərəfli strateji tərəfdaşlığın dinamikasını daha da gücləndirəcək”.
Deputat hesab edir ki, bu səfər iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsinə bir daha xidmət edəcək.
S.Salmanova bildirib ki, Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir: “Bu gün Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir.
Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub.
Tam oxu
Xəbəri oxu