Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın füsunkar guşələrindən olan və strateji cəhətdən əlverişli mövqedə yerləşən Laçın rayonu dörd il əvvəl erməni hərbi birləşmələrinin işğalından azad edilib.
2020-ci ilin Vətən müharibəsində Ermənistan ordusu tamamilə darmadağın edilərək kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Ermənistanın imzaladığı kapitulyasiya aktına əsasən həmin il dekabrın 1-də erməni hərbi birləşmələri Laçın rayonunun ərazisindən çıxdı və bununla da otuz ilə yaxın davam edən işğala son qoyuldu.
Daha bir rayon bir güllə atılmadan, bir şəhid vermədən və öz əzəli sahibinin nəzarətinə keçdi.
AZƏRTAC Laçının işğaldan azad edilməsi prosesinə, hadisələrin gedişinə və son dörd ildə rayonda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə bir daha nəzər salır.
Gözəlliklər yurdu, igidlər məskəni Ümumilikdə 127 yaşayış məntəqəsindən ibarət olan Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.
İşğaldan əvvəl rayonda 65 min nəfər əhali yaşayırdı. Birinci Qarabağ müharibəsində 264 nəfər laçınlı şəhid olub, 67 nəfər itkin düşüb, yüzlə